Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi

Dünya

Tanınmış biznesmen Telman İsmayılovun daha bir şirkəti müflis elan edilib.
RİA Novostiyə istinadən xəbər veririk ki, azərbaycanlı iş adamına məxsus "Praqa-AST" MMC şirkəti Rusiya arbitraj məhkəməsinin qərarı ilə müflis elan edilib. Qərara görə. proses 6 ay müddətində başa çatacaq. Şirkətin müflisləşməsi ilə bağlı hesabatının mart ayının 20-nə təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, T.İsmayılov barəsində məhkəmə daha öncə də qərar qəbul etmiş və onun Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulmuşdu.