Eks-prezident Cəlal Tələbani öldü

Dünya

İraqın eks-prezidenti Cəlal Tələbani 84 yaşında dünyasını dəyişib.

Bu barədə Rudaw kürd telekanalı tvitterdə məlumat verib. Eks-prezidentin Almaniyada öldüyü qeyd edilir.

Təlabani 2012-ci ildə insult keçirib.

Xatırladaq ki, Kürdüstanın Vətənpərvərlik İttifaqının lideri olan Cəlal Tələbani 2005-2014-cü illərdə İraqın prezidenti olub.