Las-Veqasda ölənlər arasında azərbaycanlıların olub-olmaması araşdırılır
- 2-10-2017, 18:17
- 78 990
XİN mətbuat xidmətindən daxil olan açıqlamada deyilir:
"ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır".