Mafiyanın qanlı hesablaşması: azərbaycanlılar həbs olundu
- 29-09-2017, 10:47
- 87 537
Atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Maraqlıdır ki, yaralanan şəxs azərbaycanlı Arif Məmmədovdur.
Məsələ burasındadır ki, sözügedən hadisənin izinə düşən polis Silivridə yerləşən bağ evində əməliyyat keçirib. Polislə cinayətkar arasında qısa bir atışmanın qeydə alındığı əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, mafiya qrupları arasında atışmaya səbəb narkotik satışından gələn pulun bölüşdürülə bilməməsi olub. Çıxış yolunu bir-birinə gülə sıxmaqda görən tərəflər, Arif Məmmədovun yaralandığı hadisədə 43 yaşlı Orhan Açıkgözü öldürüblər. Sonradan məlum olub ki, Orhan Açıkgöz 8 fərqli cinayətdən axtarışda olub.