Torpaqların qaytarılmasına görə 2 nazirlik qarşı-qarşıya - Ermənistanda
- 21-09-2017, 15:54
- 109 052
Erməni KİV-nə istinadən xəbər veririk ki, qərargah rəisi bildirib ki, hər hansı torpağın Azərbaycana qaytarılmasından söhbət gedə bilməz:
“Çünki Dağlıq Qarabağın (qondarma-red.) təhlükəsizliyi üçün bütün rayonlar istisnasız olaraq vacibdir. Qarabağ sərhədi boyu elə təhlükəsizlik sistemi yaradılıb ki, ən kiçik pozuntu dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.”
Xatırladaq ki, daha əvvəl Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bəyan etmişdi ki, Qarabağa (qondarma-red.) təhlükə yaratmayacaq torpaqların Azərbaycana qaytarılması istiqamətində danışıqlar gedir.