London metrosunda PARTLAYIŞ - Sərnişinlər yanıb
- 15-09-2017, 12:14
- 87 372
Partlayış qatarlardan birində qeydə alınıb.
"The Sun" qəzeti xəsarət alanların olduğu barədə məlumat verib. Məlumata görə, yaralananlar əsasən yanıq xəsarətləri alıblar.
Hazırda hadisə yerinə fövqəladə xidmət əməkdaşları və polis cəlb olunub.
İnsident baş vermiş "Parsons-Qrin" metro stansiyasının ətrafı nəzarətə götürülüb.