Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar saxlanıldı
- 14-09-2017, 12:28
- 61 494
Erzincan polisi şəhərin mərkəzində 8 ev və bir hotelə eyni anda əməliyyat təşkil edib.
Əməliyyatda fahişəliyə məcbur edildikləri müəyyənləşən Azərbaycan əsilli 7 qadın saxlanılıb. Qadınları fahişəliyə məcbur edən 5-i azərbaycanlı olmaqla, 10 nəfər saxlanılıb.
Saxlanılan şəxslər "zorla fahişəlik etdirmək”, "cinsi istismara vasitəçilik etmək” maddələri ilə ittiham olunacaq.
Saxlanılan qadınlardan bəzilərinin AİDS və Hepatit C daşıyıcısı olduğu məlum olub.