Meksikada 8 bal gücündə zəlzələ: Sunami gözlənilir
- 8-09-2017, 10:48
- 93 562
Xarici mediaya istinadən xəbər veririk ki, Tehuantepek körfəzində baş verən güclü zəlzələ Meksikadan başqa Quatemala, Honduras, Beliz, Nikaraqua və El Salvadorda da hiss edilib. Yerin 33 km dərinliyində baş verən zəlzələ Mexiko şəhərində narahatlığa səbəb olub. İnsanlar qaçaraq küçələrə çıxıb. 2 nəfərin öldüyü deyilir. Zəlzələdən sonra 0.7 metr hündürlüyündə sunami proqnozu verilib.