Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
- Bu gün, 09:47
- 0
Bu barədə "İnterfaks" regional əməliyyat qərərgahına istinadən məlumat yayıb.
"Bu gecə Şebekino şəhərində FPV-dronun partlaması zamanı 3 nəfər xəsarət alıb. Onlar Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar", - məlumatda qeyd olunub.
Bundan əlavə, avtomobilə PUA ilə endirilən zərbə nəticəsində 2 nəfərin yaralandığı qeyd olunub.