İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
- Dünən, 19:00
- 0
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
"Biz bu iki pilot zona üzrə razılaşmaların icrasına başlamağa hazırıq. Ümid edirəm ki, Romadakı hazırkı danışıqlar raundu bu prosesin irəliləməsinə kömək edəcək", - Saar jurnalistlərə deyib.
Qeyd edək ki, bu gün Romada İsrail və Livan arasında danışıqların 6-cı raundu başlayır. Danışıqlar iki gün davam edəcək.