Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır
- Dünən, 12:15
- 177
Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl bildirib.
"Bu gün biz 250 bəndi razılaşdırmağa ümid edirik. Bu, sanksiya siyahılarına indiyə qədər qəbul etdiyimiz ən çox sayda əlavədir. Bu, həm də Rusiyanın [Ukraynada] mülki əhaliyə qarşı son hücumlarına verilən reaksiyadır", - Kallas deyib.
Sanksiyaların müzakirəsindən əvvəl nazirlər, həmçinin işğal olunmuş ərazilərdə Rusiya tərəfindən saxlanılan ukraynalı mülki şəxslərlə bağlı vəziyyəti də nəzərdən keçirəcəklər. Söhbət əksər hallarda barələrində məlumat olmayan fiziki şəxslərdən, jurnalistlərdən, müəllimlərdən və digər mülki şəxslərdən gedir.
Bununla əlaqədar, Aİ onların azad edilməsi istiqamətində səylərin əlaqələndirilməsi və saxlanılan şəxslər barədə məlumatların toplanması üçün xüsusi platformanın yaradılması imkanını nəzərdən keçirir, - Aİ-nin baş diplomatı bildirib.
Kallasın sözlərinə görə, 21-ci sanksiyalar paketi üzrə üzv dövlətlər arasında hələlik razılıq yoxdur.
"21-ci paketdə açıq qalan məsələlər var, lakin biz razılığın əldə olunması üzərində işləməyə davam edirik", - o qeyd edib.