Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
- Dünən, 17:00
- 0
UNİAN bu barədə İspaniyanın ekspert rəyinə istinadən xəbər yayıb.
Məlumata görə, iyulun 2-si və 6-da Kiyevə edilən son iki irimiqyaslı hücum zamanı buraxılan 53 ballistik raketdən 49-u hədəfə çatıb. Bu isə raketlərin 92 faizdən çoxunun hava hücumundan müdafiə sistemlərini keçdiyini göstərir. Xüsusilə iyulun 6-da buraxılan 29 ballistik raketin heç biri vurulmayıb.