Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb

Dünya

ABŞ prezidenti Donald Tramp Konqresi hərbi xərclər məqsədilə 350 milyard dollar ayırılmasının təsdiqlənməsinə çağırıb.

Tramp bu barədə “Truth Social” hesabında qeyd edib.

“ABŞ ordusu heç vaxt bu qədər güclü olmayıb. Heç bir ölkə biz etdiyimizi edə bilməz. Ordumuzun müqayisəolunmaq gücü ABŞ müstəqilliyinin 250 illik yubileyi qeyd olunan zaman tam şəkildə nümayiş edildi. Bizim müharibə nazirliyimiz heç vaxt bu qədər möhtəşəm olmayıb. Biz bunu olduğu kimi saxlamalıyıq”, - ABŞ prezidenti vurğulayıb.

Donald Tramp “SAVE AMERİCA ACT” adlı qanunun da qəbul edilməsinin əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, bu qanuna əsasən, səsvermədə iştirak etmək istəyən şəxslər ABŞ vətəndaşı olduqlarını təsdiqləyən sənəd təqdim etməlidir. Bundan başqa federal seçkilərdə səs vermək üçün vətəndaşın hökumət tərəfindən təsdiqlənmiş fotoşəkili olmalıdır.