Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
- Dünən, 17:00
- 2
Bu barədə "Press Trust of India" məlumat yayıb.
Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtına və güclü külək səbəbindən aşıb.
"Onlardan biri kruiz gəmisinin heyəti tərəfindən xilas edilib, qalan altı nəfərin tapılması üçün isə axtarış əməliyyatları davam edir", - deyə Vizak Balıqçı Gəmiləri Assosiasiyasının prezidenti Lakşman Rao bildirib.
Qeyd olunub ki, axtarışlara Hindistan Sahil Mühafizəsi və dəniz polisi cəlb olunub.