Bu gecə Peterburqu vurmağa hazırıq - NATO-dan AÇIQ TƏHDİD
- Bu gün, 18:00
- 0
Bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı Holger Noymann “The Telegraph” nəşrinə verdiyi müsahibədə bildirib.
"Almaniya hərbi əməliyyatlarda “istənilən an - hətta bu gecə” iştirak etməyə hazırdır. NATO daxilində “müxtəlif təhlükəsizlik zonaları” mövcud deyil və alyans üzvlərindən birinə hücum bütün blok üçün təhlükə kimi qiymətləndirilir", - deyə o qeyd edib.
Rusiya rəsmiləri isə dəfələrlə NATO ölkələrinə qarşı hücum planlarının mövcudluğu ilə bağlı iddiaları təkzib ediblər. Rusiya Prezidenti Vladimir Putin 6 iyunda beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bu kimi açıqlamaları “əsassız” adlandırıb.
“Rusiya NATO-ya hücum etmək istəyir kimi fikirlər uydurmadır. Bu nədir belə? Tamamilə əsassız iddialardır,” – deyə Putin bildirib. O, belə bəyanatların hərbi xərclərin artırılması və silah tədarükünün əsaslandırılması üçün istifadə olunduğunu vurğulayıb.
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə 2025-ci ilin dekabrında Moskvanın NATO ölkələrinə hücum etməmək barədə hüquqi zəmanət verməyə hazır olduğunu bildirmişdi.