Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var
- 2-06-2026, 10:09
- 651
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində üç nəfər həlak olub, daha 35 nəfər, o cümlədən üç uşaq xəsarət alıb.
Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində altı nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.