NATO rəsmisinin Kanada ilə bağlı hərbi xərclərə dair çıxışı gündəm olub
- 31-05-2026, 17:00
- 992
Bloomberg-in məlumatına görə, italiyalı admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı Avropa və Kanadanın müdafiə xərclərini 5,74 trilyon dollar kimi səsləndirib.
“Yalnız ötən il NATO-nun Avropa ölkələri və Kanada müdafiəyə ümumilikdə 5,074 trilyon dollar sərmayə yatırıb. Bu, bir il ərzində 20 faiz artım deməkdir”, - deyə Draqone bildirib. O, rəqəmi səsləndirərkən qısa fasilə verib və mətnə diqqətlə baxsa da, səhvini düzəltməyib.
Draqone bildirib ki, alyans çərçivəsində Avropa və ABŞ bundan sonra öz təhlükəsizlik zonalarına görə daha müstəqil məsuliyyət daşıyacaq.
Lakin NATO baş katibinin 2025-ci il hesabatında təqdim olunan rəsmi statistikaya əsasən, Avropa ölkələri və Kanadanın ümumi hərbi xərcləri 5,74 trilyon dollar deyil, 574,3 milyard dollar olub. Bu isə 2024-cü ildəki 480,2 milyard dollar göstəricisi ilə müqayisədə təxminən 20 faizlik artım deməkdir.