Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub
- 24-05-2026, 15:00
- 854
Bu barədə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar paylaşımında bildirib.
“ABŞ Prezidenti Donald Trumpın liderliyini, onun dialoq və diplomatiyaya sadiqliyini, həmçinin ABŞ Vitse-prezidenti J Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və bütün ABŞ komandasının davamlı iştirakını yüksək qiymətləndiririk. Məhz onların prosesə daimi cəlb olunması hazırkı danışıqlarda mühüm irəliləyiş əldə edilməsinə kömək edib”, – deyə Məhəmməd İshaq Dar X sosial şəbəkəsində yazıb.
Pakistanlı nazir həmçinin İran rəhbərliyinə fikir ayrılıqlarının sülh yolu ilə həllinə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib.