Britaniya Hörmüz boğazının minalardan təmizlənməsi üçün baza hazırlayıb
- 29-03-2026, 14:26
- 808
Bu barədə "The Sunday Times" nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.
"Bu qabaqlayıcı addım ticarət gəmiçiliyinin normal axınının bərpasında kömək tələb olunacağı təqdirdə, nazirlərə fəaliyyət variantları verir", - mənbələr qeyd edib.
"Lyme Bay"ın Hörmüz boğazına göndərilməsi barədə yekun qərarın hələ qəbul edilmədiyi bildirilib.
"Lyme Bay" gəmisi vaxtaşırı humanitar yardımın göstərilməsində və ya üzən hospital, eləcə də aviasiya üçün platforma kimi istifadə olunan Böyük Britaniya köməkçi donanmasının bir hissəsidir. 2025-ci ilin sonundan etibarən o, Cəbəllütariqdəki hərbi dəniz bazasında yerləşir.