İslamabadda İran böhranı ilə bağlı danışıqlar başlayır
- 29-03-2026, 11:54
- 769
Pakistan XİN-inxəbər verir ki, qurumun rəhbəri Məhəmməd İshaq Dar və türkiyəli həmkarı Hakan Fidan regional proseslər də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə ikitərəfli məsləhətləşmələr aparacaqlar.
İslamabaddakı danışıqlarda həmçinin Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Feysəl bin Fərhan Əl Səud və Bədr Abdel Ati iştirak edirlər. Onların həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır.
"Səfər Pakistanın bu ölkələrlə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığını və koordinasiyasını daha da gücləndirməyə imkan verəcək", - daha əvvəl İshaq Dar bildirib.
Qeyd edək ki, son vaxtlar Pakistan İran və ABŞ arasında fəal şəkildə vasitəçilik edir.