İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
- 24-03-2026, 12:42
- 1 274
Bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, saxlanılanlardan 24-ü ABŞ və İsrail tərəfinə Həmədan əyalətindəki hərbi, hüquq-mühafizə və güc strukturları obyektlərinin koordinatlarını, habelə mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi yeri ötürüblər.
Loristan əyalətində 4 nəfər məlumat toplayıb, daha 2 nəfər isə Kirman əyalətində silah keçirməyə cəhd edib.