Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub
- 12-03-2026, 18:55
- 1 878
Bu göstərici 2024-cü illə müqayisədə 26% artıb.
Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq tarixi maksimuma çatıb və 67.6% olub.
Bundan əlavə, hesabat dövründə “ApplePay” və “GooglePay” vasitəsilə aparılan ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%, həcmi isə 66% artıb. Dövr ərzində istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.