Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var
- 2-03-2026, 11:09
- 622
Bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında məlumat verib.
"Ən güclü zərbə Novorossiyskə dəyib. Beş nəfər yaralanıb, bütün zərərçəkənlərə tibbi yardım göstərilir", - məlumatda bildirilib.
Qeyd olunub ki, şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.
Qubernator bildirib ki, hücum nəticəsində səkkiz çoxmənzilli və doqquz fərdi ev, həmçinin uşaq bağçası zədələnib.