Erməni nazir: Metsamor AES-i 2046-cı ilə qədər texniki cəhətdən saxlamaq mümkündür
- 20-02-2026, 10:41
- 687
Bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan “Armenpress”ə bildirib.
Nazir deyib ki, nəticədə Metsamor AES 2036-cı ilə qədər fəaliyyət göstərəcək.
David Xudatyanın sözlərinə görə, Metsamor AES-i 2046-cı ilə qədər Ermənistan enerji sistemində saxlamaq texniki cəhətdən mümkündür, lakin hökumət hər şeyi edəcək ki, ona ehtiyac olmasın.