Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
- 19-02-2026, 11:00
- 649
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün ənənəvi brifinqində bildirib.
"Biz bunu gördük. Düşünürəm ki, bu, çox təəssüf doğurur", - o, Müqəddəs Taxt-Tacın qərarını şərh edərkən bildirib. "Əlbəttə, administrasiya Sülh Şurasına dəvət olunmuş hər kəsin iştirak etməsini istəyir", - Livitt əlavə edib.
"Bu, onlarla ölkəni əhatə edən qanuni təşkilatdır. Biz hesab edirik ki, bu qərar təəssüf doğurur", - o vurğulayıb. Livitt həmçinin bildirib ki, sülhün bərqərar olması və qorunması ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.
Müqəddəs Taxt-Tacın qərarı əvvəllər Vatikanın dövlət katibi kardinal Petro Parolin tərəfindən açıqlanıb . O, Sülh Şurası haqqında danışarkən qeyd edib ki, bəzi çaşdırıcı məqamlar, aydınlaşdırma tələb edən bir sıra vacib məsələlər var. Yanvar ayında Parolin Papa Leo XIV-ün ABŞ-nin Qəzzanı idarə etmək üçün Yaxın Şərq məsələsinin nizamlanması məqsədilə çağırdığı Sülh Şurasına dəvət olunduğunu açıqlayıb. O, məsələnin nəzərdən keçirildiyini bildirib.