Birinci ledi fəlakət bölgəsinə hündürdaban ayaqqabıyla getdi

Dünya

ABŞ-ın birinci xanımı Melaniya Tramp geyimi ilə yerli medianın tənqid hədəfinə çevrilib.

Donald Tramp və xanımı Texasda Harvey qasırğasının yaşandığı bölgəyə baş çəkib. Xanım Trampın üç min insanın evsiz qaldığı əraziyə 600 dollarlıq hündürdaban ayaqqabı ilə getməsi diqqətlərdən qaçmayıb. Medianın gündəminə çevrilən birinci xanım baş verənlərə həssas yanaşmadığı üçün tənqid edilib.