İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq
- 12-02-2026, 11:52
- 493
Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib.
İki ölkə arasında əlaqələrin dinamik inkişafına toxunan səfir deyib ki, ötən bir ildə İran Prezidentinin İrəvana səfəri zamanı 12 əməkdaşlıq sənədi imzalanıb və əlaqələr gələcəkdə də inkişaf etdiriləcək.
Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində oludğunu deyən səfir əlavə edib ki, İranla Ermənistan arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd hazırlanıb: “Ümid edirik ki, bu sənəd 2026-cı ildə Ermənistan Baş naziri Paşinyanın Tehrana səfəri zamanı imzalanacaq”.