Oliqarx Cəbrayılov dişi ağrıdığı üçün oteli atəşə tutdu
- 30-08-2017, 14:38
- 139 288
xalqxeber.az rus KİV-nə istinadən xəbər verir ki, 59 yaşlı oliqarx “Dörd mövsüm” otelində qaldığı otağın divarlarına dəfələrlə atəş edib. Otelə dərhal polis çağırılıb və Cəbrayılovun açıqlaması hər kəsi təəccübləndirib. Belə ki, milyoner dişi ağrıdığı üçün yata bilmədiyini və bu addımı atdığını deyib. Ona tibbi yardım göstərilib.