KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək
- 11-02-2026, 09:08
- 431
Bu barədə "The Wall Street Journal" qəzeti Amerika və Nigeriya rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ hərbçiləri yaxın həftələrdə terrorçularla mübarizədə Nigeriya əsgərlərinə təlim keçmək və texniki dəstək göstərmək üçün bu ölkəyə gedəcəklər. Qeyd olunur ki, yerli qüvvələrə hədəfləri müəyyənləşdirmək üçün kəşfiyyatdan istifadə olunmasına kömək edəcəklər. Lakin Amerika hərbi qulluqçuları döyüş əməliyyatlarında iştirak etməyəcək.