Ukrayna və Fransa birgə silah istehsal edəcək
- 9-02-2026, 16:30
- 1 009
Bu barədə Mixail Fedorov “Telegram” kanalında paylaşım edib.
Nazir bildirib ki, bu addım Ukrayna və Fransa arasında müdafiə sənayesi sahəsində genişmiqyaslı ortaq layihələrin başlanmasına şərait yaradacaq. Xüsusilə, hər iki ölkənin hökumətləri və müdafiə şirkətləri radioelektron mübarizə sistemlərinin inkişafına fokuslanacaq.
Fedorov qeyd edib ki, Ukrayna həmçinin “SAMP/T”, “Mistral” və “Crotale” sistemlərinin sursatlarını da əldə etməyi planlaşdırır.