KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır
- 7-02-2026, 15:35
- 2 119
Bu barədə Axios ABŞ rəsmisinə və şurada təmsil olunan dörd ölkənin diplomatlarına istinadən məlumat yayıb.
Məlumata görə, görüşün planlaşdırılması ilkin mərhələdədir və detallar dəyişə bilər. Tədbirin Vaşinqtonda ABŞ Sülh İnstitutunda keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 18-də Ağ Evdə Tramp ilə görüşməlidir.
Ağ Ev və ABŞ Dövlət Departamenti xəbərlə bağlı sorğulara cavab verməyib.