CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir
- 30-01-2026, 17:48
- 1 712
Bu barədə Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar qərar qəbul edib.
Qərara əsasən CAR-ın İsraildəki müvəqqəti işlər vəkili Şaun Edvard Bineveldt “persona-non-grata” elan edilib.
Bineveldt 72 saat ərzində İsraili tərk etməlidir.
“Əlavə tədbirlər açıqlanacaq”, - İsrail XİN-dən bildirilib.
Xatırladaq ki, bundan əvvəl CAR İsrailin müvəqqəti işlər vəkilini “arzuolunmaz şəxs” elan edib.