Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb
- 30-01-2026, 13:53
- 1 097
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
O qeyd edib ki, Ukraynanın hücumları nəticəsində 2025-ci ildə ümumilikdə 5418 nəfər yaralanıb və ya şikəst olub.
"Ən azı 1065 mülki şəxs həlak olub", - rusiyalı diplomat qeyd edib.