ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib
- 24-01-2026, 14:16
- 1 190
Bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilir ki, bu addım, Vaşinqtonun İran hakimiyyətinin etirazlara qarşı basqılarını artırması fonunda atılıb.
ABŞ Maliyyə Nazirliyi sanksiyalar çərçivəsində doqquz gəmi və onların sahibləri, idarəetmə şirkətlərini hədəf alıb. ABŞ rəsmilərinin bildirdiyinə görə, bu gəmilər “birgə şəkildə yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarını xarici bazarlara daşıyıb”.
Nazirlik iddia edir ki, bu məhsullardan əldə olunan gəlirlər “regional terrorçu vasitələr, silah proqramları və təhlükəsizlik xidmətləri” üçün yönləndirilir.