Rusiyanın Donetskə PUA zərbəsində biri 5 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, yaralananlar var 23-01-2026, 16:44 849 Dünya Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinə hücumu nəticəsində aralarında 5 yaşlı uşaq olmaqla azı dörd nəfər ölüb.Bu barədə vilayət prokurorluğu “Facebook” hesabında məlumat yayıb.Məlumata görə, biri 18 yaşlı olmaqla daha beş nəfər isə xəsarət alıb.