Dünyanın qızıl nəhəngləri bəlli oldu: Qonşumuz ilk 10-luqdadır!
- 13-01-2026, 09:26
- 337
Dünyada ən çox qızıl ehtiyatı olan ilk 10 ölkəni təqdim edir:
ABŞ: 8,133 ton (Dünyada liderliyini qoruyur).
Almaniya: 3,350 ton.
İtaliya: 2,452 ton.
Fransa: 2,437 ton.
Rusiya: 2,333 ton.
Çin: 2,298 ton.
İsveçrə: 1,040 ton.
Hindistan: 900 ton.
Yaponiya: 846 ton.
Türkiyə: 635 ton.
Türkiyə Hollandiya və Poşa kimi Avropa dövlətlərini geridə qoyaraq 10-cu pillədə qərarlaşıb.
Niyə qızıl ehtiyatları artırılır?
İqtisadi ekspertlərin fikrincə, ölkələrin qızıla üz tutmasının əsas səbəbləri bunlardır:
İnflyasiyadan qorunma: Qızıl inflyasiya dövründə dəyərini ən yaxşı qoruyan aktivdir.
Dollar asılılığının azaldılması: Xüsusilə inkişaf etməkdə olan ölkələr öz rezervlərini diversifikasiya etmək üçün qızıla üstünlük verirlər.
Təhlükəsiz liman: Müharibə və böhran dövrlərində qızıl ən etibarlı investisiya vasitəsi hesab olunur.(milli.az)