Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi (FOTO)
- 9-01-2026, 21:25
- 341
Prezident Trampın birbaşa kanalın videosuna link verərək istinad etməsi, Azərbaycanın müstəqil mediasının beynəlxalq miqyasda nə qədər effektiv və etibarlı informasiya mənbəyi olduğunu bir daha sübut edib.
Tribuna.az xəbər verir ki, ABŞ prezidenti şərhində İranın ikinci böyük şəhəri olan Məşhədin etirazçıların əlinə keçməsindən bəhs edir:
“Milyonlarla insan mitinqə çıxdı: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarətinə keçdi, rejim qüvvələri ərazini tərk etdi”
Məhdud resurslarla dünya səviyyəli xəbər brendinə çevrilən Kanal13-un rəhbəri iki dəfə “vicdan məhbusu” həyatı yaşamış Əziz Orujovdur.
Donald Trampın paylaşımını buradan izləyə bilərsiniz:
Truth Social – Donald Trump / Kanal13 Video