Hakan Fidan: Müharibə artıq genişlənib, Avropaya keçə bilər
- 12-12-2025, 16:00
- 381
“CNNTurk” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib.
O əlavə etdi ki, təhlükəsizlik zəmanətləri ilə bağlı tələblər hələ də mövcuddur və bunun da asan olmadığını bildirib. Nazir Hakan Fidan müharibənin coğrafiyasının genişlənməsindən narahat olduğunu bəyan edib:
“Müharibə artıq Qara dənizə yayılıb. Hazırda onlar Qara dənizdə ticarət gəmilərinə və tankerlərə hücum edirlər. Buna görə də, müharibə davam edərsə, o, başqa yerlərə, Avropanın digər hissələrinə də yayılacaq”.