Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb
- 12-12-2025, 08:03
- 326
Bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, layihənin həyata keçirilməsini "WeRide" və "Uber Technologies" şirkətləri təmin edib. Belə taksiləri "Uber" tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Qeyd olunub ki, test rejimindən tam xidmət rejiminə keçid 2026-cı ilin əvvəlində planlaşdırılır.