Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib
- 11-12-2025, 17:58
- 342
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, müşavirədə “Donetsk Xalq Respublikası”nın (Ukraynanın Donetsk vilayəti-red.) şimalındakı vəziyyət müzakirə olunub.
Putin Severskin Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçməsi ilə bağlı ətraflı məruzələri dinləyib.
Rusiya Prezidenti “xüsusi hərbi əməliyyat” zonasında (Ukrayna müharibəsi zonası-red.) bütün istiqamətlərdə yaxşı dinamikanın getdiyini qeyd edib.
Peskov Severskin Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçdiyini və bu barədə Kremldəki müşavirədə söhbət getdiyini vurğulayıb.