Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
- 4-12-2025, 16:00
- 378
Bu barədə Jurnalist Aleksey Venediktov məlumat yayəb.
Onun məlumatına görə, onun uzunmüddətli yoxluğunun səbəbi sağlıq problemləridir.
Son bir ayda Lavrov:
ABŞ nümayəndələri ilə Moskva görüşündə iştirak etməyib;
noyabrın 5-də keçirilən rezonanslı Təhlükəsizlik Şurası iclasını buraxıb;
ASEAN, APEC və G20 sammitlərinə qatılmayıb;
Putinlə Tokaevin görüşündə də görünməyib.
Kreml onun yoxluğunu müxtəlif bəhanələrlə izah edir: guya “Çin XİN rəhbəri ilə danışıqlar aparırdı” və ya “iş qrafiki belə tələb edir”. Lakin yüksək mənbələrdən Venediktova verilən cavab daha açıq olub:
“Tibbi sirr anlayışını bilirsən? O halda sus.”
75 yaşlı Lavrovun səhhətində problemlərin olması barədə şayiələr yeni deyil. 2022-ci ildə Bali sammiti zamanı onun ürəklə bağlı xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı — MİD bunu təkzib etsə də, suallar açıq qalmışdı.
Lavrov “opala düşməsi” barədə iddiaları da, səhhət problemlərini də inkar edir, lakin noyabrdan bəri jurnalistlərin suallarına bir dəfə də çıxmayıb.