Kiyevdən Trampın bu tələblərinə rədd cavabı
- 26-11-2025, 13:29
- 348
CNN xəbər verir ki, Kiyev ABŞ-ın 28 səhifəlik planının üç əsas müddəası ilə razılaşamayaraq “yox” deyir .
Kiyev Donbassın bir hissəsinin Rusiyanın nəzarətinə verilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını tamamilə qəbuledilməz hesab edir.
Ukrayna hesab edir ki, belə bir şərt “pis presedent” yaradacaq və Rusiyaya alyansın genişlənməsinə faktiki olaraq veto hüququ verəcək.
Kiyev hesab edir ki, sülh planındakı hər üç tələb Kremlin maraqlarına cavab verir.
Nəşr eyni zamanda yazıb ki, istənilən güzəşt Ukrayna hökuməti üçün daxili siyasi risklər yarada bilər.