Ukrayna və ABŞ sülh sənədi hazırlayıb - Birgə bəyanat
Cenevrədə keçirilən danışıqlardan sonra Ukrayna və ABŞ sülhə dair yenilənmiş və yenidən işlənmiş çərçivə sənədi hazırlayıblar.
Bu barədə Ukrayna prezidentinin və Ağ Evin saytlarında birgə bəyanat dərc olunub.
Bəyanatda Amerikanın sülh təklifini müzakirə etmək üçün noyabrın 23-də Cenevrədə Birləşmiş Ştatlar və Ukrayna nümayəndələri arasında danışıqların konstruktiv, diqqət mərkəzində və qarşılıqlı hörmətlə dolu olduğu, ədalətli və davamlı sülhə nail olmaq üçün ortaq öhdəliyi vurğuladığı qeyd edilib.
"Tərəflər təsdiqləyiblər ki, istənilən gələcək saziş Ukraynanın suverenliyinə tam hörmət etməli və davamlı və ədalətli sülhü təmin etməlidir", - bəyanatda deyilir.
Danışıqlardan sonra tərəflər sülh üçün yenilənmiş və yenidən işlənmiş çərçivə sənədi hazırlayıblar.
Birgə sənəddə deyilir: “Ukrayna nümayəndə heyəti ABŞ-a, xüsusən də şəxsən prezident Donald Trampa müharibəni dayandırmaq və insanların həyatını xilas etmək üçün göstərdikləri sarsılmaz sadiqlik və yorulmaz səylərə görə bir daha minnətdarlığını bildirib.
Ukrayna və ABŞ yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.
Avropalı tərəfdaşlarla da sıx əlaqə saxlanılacaq”.
Bəyanatda qeyd olunur ki, bu çərçivə sənədi ilə bağlı yekun qərarlar Ukrayna və ABŞ prezidentləri tərəfindən veriləcək.
“Hər iki tərəf Ukraynanın təhlükəsizliyini, sabitliyini və bərpasını təmin edəcək sülhə nail olmaq üçün birgə işi davam etdirmək öhdəliyini bir daha təsdiqlədi”, - birgə bəyanatda deyilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...