Nüvə gərginliyi artır: Qərb bloku İrana qarşı yeni sənəd hazırladı
Böyük Britaniya, Almaniya, Fransa və ABŞ birlikdə İranın nüvə fəaliyyətinə dair MAQATE-yə yeni qətnamə layihəsi təqdim ediblər.
Reuters-in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, sənəddə Tehranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına tam giriş imkanı verilməsi tələb olunur.
Mənbələr bildiriblər ki, qətnamə layihəsinin 19 noyabrda qəbul edilmə ehtimalı çox yüksəkdir. Sənəd İranın MAQATE ilə əməkdaşlığı gücləndirməsini və agentliyin nəzarət mexanizmlərinə maneələrin aradan qaldırılmasını nəzərdə tutur.
Qətnamənin qəbulu Tehran ilə Qərb arasında nüvə proqramı ətrafında gərginliyi daha da artıra bilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...