Aktivistlər COP30-a basqın etdi, yaralılar var - Video
Braziliyanın Belem şəhərində onlarla aktivist BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) keçirildiyi məkana basqın ediblər.
““Reuters” xəbər verir ki, etirazçılar arasında Braziliyanın yerli xalqlarının nümayəndələri də olub.
Onların bir qismi “Torpağımız satılmır” yazılmış plakatlar qaldırıblar. Etirazçılar torpaqlarının aqrobiznes, neft hasilatı, qanunsuz mədənlər və meşə təsərrüfatından azad edilməsini tələb ediblər.
Hadisə zamanı aktivistlər kənar şəxslərin girişinə icazə verilməyən əraziyə daxil olmağa nail olublar. Mühafizəçilər etirazçıları geri qaytarmaq üçün girişdə masalarla barrikadalar qurublar.
İnsident zamanı iki mühafizəçi yüngül xəsarətlər alıb.
Qeyd edək ki, COP30 sammitinə rəsmi olaraq noyabrın 10-da start verilib. Konfransda Braziliya Prezidenti Lula da Silva və digər dünya liderləri iştirak edirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...