Tramp illik qaçqın qəbulu limitini azaldıb
- 31-10-2025, 09:23
- 272
Bu, Ağ Evin Federal Reyestrdə dərc etdiyi prezident memorandumunda öz əksini tapıb.
Sənədlərə görə, 2026-cı maliyyə ilində ABŞ-yə 7500-ə qədər qaçqının qəbul edilməsi "humanitar mülahizələrə görə və ya milli maraqlara uyğun" hesab edilir.
Kvotanın əsas hissəsinin Cənubi Afrikadan olanlara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz ayrı-seçkiliyin qurbanı kimi tanınan digər şəxslərə ayrılacağı bildirilir.