XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rusiya XİN: Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır

Rusiya XİN: Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır

Rusiya XİN: Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır
31-10-2025, 12:00

 Rusiya Federasiyası Ukrayna ilə birbaşa danışıqları davam etdirməyə hazırdır.

Bu barədə “İzvestiya”ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomatın sözlərinə görə, Moskva Ukrayna böhranının siyasi yolla həllinə açıqdır və İstanbul platformasının inkişafı üçün bütün şərait mövcuddur.

“Bütün lazımi şərait mövcuddur, lakin əsas problem Kiyevin siyasi iradəsinin olmamasıdır,” – deyə Qaluzin vurğulayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.