Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var
- 27-10-2025, 10:20
- 394
Bu barədə “Russian Today” Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat verib.
İlkin məlumata görə, hadisə yeddi yük maşınının və bir minik avtomobilinin iştirakı ilə baş verib. Toqquşmadan sonra bir neçə nəqliyyat vasitəsi alovlanıb və tamamilə yanıb. Ümumilikdə beş avtomobilin yanaraq yararsız hala düşdüyü bildirilir.