Ermənistanda silahlı insident olub, yaralananlar var
- 11-10-2025, 11:32
- 447
Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Məlumata görə, yaralananlardan biri güllə yarası, digəri isə bıçaq xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri son dərəcə ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxs mübahisə edib, daha sonra mübahisə silahlı insidentə çevrilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri, güllə gilizləri, bıçaq aşkar ediblər.