Türkiyə 35 il əvvəl Ermənistana ərazi təklif edib?
- 26-09-2025, 15:11
- 561
Bu iddia ilə erməni siyasətçi Qriqor Emin-Teryan çıxış edib.
Onun sözlərinə görə, Türkiyənin və Azərbaycan bu təklifin üzərindən 35 il keçəndən sonra həmin dəhlizi qəpik-quruşa alıblar. “İrəvan həmin təklifi rədd etdiyi halda, bu gün 42 kilometr uzunluğunda tranzit yol üçün qəpik-quruş alıb”.
Emin-Teryan onu da iddia edib ki, əgər Ermənistan Zəngəzur dəhlizi müqabilində Türkiyə ərazisindən Qara dənizə dəhliz tələb etsəydi, Ankara buna razılaşacaqdı. “Mən əminəm ki, Ankara bu təklifə razılaşardı. Ancaq bir qəpiklik təsəlli ilə kifayətləndik”.